Karapetyan Moskvaya getdi


17:39     24 Yanvar 2017 966656541.jpg

Ermənistanın baş naziri Karen Karapetyan Moskvaya səfərə gedib.


Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, Karapetyan Moskvaya rusiyalı həmkarı Dmitri Medvedyevin dəvəti ilə yola düşüb. Gün ərzində Karapetyanla Medvedyevin görüşü keçiriləcək.

Məlumata görə, görüşdə tərəflər Rusiya-Ermənistan arasında ikitərəfli əlaqələri, həmçinin regional məsələləri müzakirə edəcək.

Bundan əlavə, baş nazirlər Avrasiya İqtisadi Forumu çərçivəsində ölkələr arasında inteqrasiya və əməkdaşlıq məsələlərini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2780