Şəhərin mərkəzində qadına hücum - Pul dolu çantası aparıldı


20:37     25 Yanvar 2017 telefon%20ogru.jpg

Bakıda qadının içərisində pul olan çantası əlindən alınıb.


Femida.az-ın xəbərinə görə, hadisə Nərimanov rayonu, A.Neymətulla küçəsi 67 ünvanında yerləşən binanın girişində qeydə alınıb. Burada naməlum şəxs pilləkənlərlə qalxan 1960-cı il təvəllüdlü Elmira Məmmədovanı vuraraq içərisində olan 5 000 manat dəyərində qızıl-zinət əşyalarını, 500 manat pul, sənədlər və 2 ədəd mobil telefon olan əl çantasını götürərək hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1774