Bürclərinə görə adamları doğrayırdı


17:56     31 İyul 2015 239.jpg

Tarixdə qatı açılmamış cinayətlər Müasir dövrdə texnologiyalardan istifadə etməklə ən qatı cinayətləri açmaq mümkündür. Təbii ki, əgər istək olarsa... Amma hər zaman belə olmur.


Femida.az dünyanın ən məşhur qatı açılmamış cinayətlərini təqdim edir.

1. CAZ SEVƏN BALTAÇI



1900-cü illərin əvvəllərində Nyu- Orleanda cinayətlərini balta ilə törədən qatı cinayətkar peyda olmuşdu. Cinayətkar haqqında ətraflı məlumat olmadığı üçün ona "baltaçı" deyirdilər. Bütün şəhəri qorxuya salan bu qatil cinayəti işləməzdən əvvəl qəzetlərə elan verərək bu sözləri yazırdı:

“Caz heyranıyam və and içirəm ki, bu gecə evlərinizdə qrupla caz ifa etməsəniz, baltamın dadına baxacaqsınız”.

Nyu-Orleanlılar caz qrupu tapa bilmədikləri üçün valdan istifadə edirdilər. Amma bu, onları ölümdən qurtara bilmədi. Nəticədə 12 nəfər “Baltaçı”nın qurbanı oldu.

2. AMERİKA GÖZƏLİ



Con Benet Ramsey cinayəti Amerika cəmiyyətində dərin iz buraxan cinayətlərdən biridir. Çünki, qaçırıldığı zənn edildiyi halda varlı ailənin 6 yaşlı gözəl qızı günlərin bir günü evlərinin çardağında ölmüş vəziyyətdə tapıldı. Cinayət yeni ilin səhəri işlənmişdi. Qüsursuz törədilmiş cinayətin tək bir çatışmayan cəhəti var idi, o da qatilinin kimliyi.


3. “BÜRC CİNAYƏTLƏRİ”



1960-cı illərin sonlarında Amerikada törədilən “Bürc cinayətləri”nin səbəbkarı daim media orqanlarına məktublar göndərilməsinə baxmayaraq, tarixin qatı açılmamış cinayətləri arasındadır. Adıçəkilən cinayətlərdə təxminən, 35 nəfərin öldüyü söylənsə də, ancaq hələ sayı bəlli deyil. Bu əməldə cinayətkar insanları doğulduğu bürc işarələrinə görə qətlə yetirirdi. Əməllərini şifrələyən cinayətkarın sadəcə bir cinayətinin şifrəsi çözülə bilib.

4. MUSTAFA GÜNGÖR CİNAYƏTİ



1990-cı illərdə qəzet başlıqlarından oxuduğumuz bir cinayət Türkiyəni dərindən sarsıtmışdı. Çünki, öldürülən Mustafa Güngör millət vəkilinin oğlu idi. İki metr boyunda olan yaraşıqlı oğlanın cinayəti deputatlar üçün nəzərdə tutulan yaşayış yerindəişlənmişdi. Qətlin üstündən 24 il keçməsinə baxmayaraq nə hadisə yerindən silah tapıldı, nə də hamama dodaqla yazılan “saya-sgy, rg və ssg” qısaldılmış sözlərin mənasını ortaya çıxarmaq mümkün oldu. Cinayəti öz üzərinə götürən olubsa da, cinayət hələ də sirrini qoruyur.

5. QARA ULDUZ GÜLÜNÜN SİRRİ



Elizabet Şort aktrisa olmaq istəyən gənc bir qadın idi. Elizabetin Hollivudla yaxın əlaqələri olması bu cinayətin medianın maraq dairəsində olmağna səbəb idi. Əslində cinayət o qədər ağır idi ki, daha sonra bir çox sənət əsərinə də ilham vermişdi. Elə qara ulduz çiçəyi də Şorta sonradan verilən bir ad idi. Qatil cinayəti törətdikdən sonra Şortun bədənini ortadan ikiyə ayırmış və dodaqlarnı eyni Joker kimi qulaqlarına qədər kəsmişdi. Cinayəti törədən heç vaxt tapılmasa da mediada ən qatı cinayətlər arasında qərar tutur.

6. “QARINDEŞƏN CEK”



"Tarixə nəzər saldıqda XX əsri mənim başlatdığımı görəcəklər".

"Qarındeşən Cek" ləqəbi ilə tanınan cinayətkar bu sözləri deyirdi. Əslində, həqiqətən də belə idi. 20-ci əsrin cinayətləri "Qarındeşən"lə başladı. Tam olaraq neçə nəfəri öldürdüyü bilinmirdi, amma qurbanlarının əksəriyyəti yaşı iyirmiyə çatan qadınlar idi. Cekin kim olduğu əsla ortaya çıxmasa da qurbanlarının daxili orqanlarını çıxarması onun qəssab ya da cərrah olduğu deməyə əsas verirdi.

7. TUPAK ŞAKUR



Amerikalı məşhur repçi Tupak aqressiv lirik mahnıları ilə xalqın məhəbbətini qazanmışdı. Ancaq heç kim bu mahnıların onun ölümünə səbəb olacağını düşünməmişdi. Bir gün Mayk Tayson müsabiqəsindən çıxıb avtomobilinə minən tupac işıqforda dayananda təcavüzə məruz qalıb. 6 gün komada qalan Şakurun qatili hələ də tapılmayıb. Eyni zamanda, xalq arasındaonun ölmədiyinə, ortadan qeyb olduğuna dair bir inanc da var. Amma bu o qədər də inandırıcı deyil.

8. MÜQƏDDƏS KİTAB CİNAYƏTİ



1960-cı illərdə Şotlandiyada üç qız öz corabları boğularaq öldürülmüş halda tapılmışdı. Hadisənin tək şahidi var idi, o da öldürülən qızlardan birinin qardaşı idi. Mərhumun qardaşı qatillə eyni taksiyə əyləşdiyini, adının Con olduğunu söyləmişdi. Şahidin sözlərinə görə, o, İncildən tez-tez sitatlar gətirirmiş. Qatilin robot şəklini çəksələr də, edilən səylər nəticəsiz qaldı. Üç qadının qatili olan şəxs heç vaxt tapılmayıb.

9. UĞUR MUMCU CİNAYƏTİ



Türkiyə tarixində siyasi sui-qəsdlər də az deyil. Ancaq yazıçı-jurnalist Uğur Mumcunun sui-qəsdinin açdığı yaralar çox dərindir. 1993-cü il yanvarın 24-də Ankaradakı evindən çıxaraq avtomobilinə oturan zaman bombanın partlaması nəticəsində dünyasını dəyişən yazıçı-jurnalist Uğur Mumcunun qatili hələ də tapılmayıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4951


Oxşar xəbərlər