Məktəbdən oğurluq edən tutuldu


17:42     28 Yanvar 2017 hebs%20edildi99.jpg

Salyanda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-nə keçən gecə şəhər ərazisində yeni inşa edilən orta məktəbin həyətindən 210 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Ələsgərov tutulub. Ondan 11,27 qram marixuana götürülüb.

Açar sözlər:

Oxunub: 1525