Madrid meri Trampı Hitlerə bənzədib


21:53     30 Yanvar 2017 tass6.jpg

İspaniyanın Madrid şəhərinin meri Manuela Karmena ABŞ prezidenti Donald Trampı Adolf Hitlerə bənzədib.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, xanım mer bunu ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsindən sonra deyib.

M. Karmena Hitler Almaniyasını nəzərdə tutaraq aşağıdakıları söyləyib:

“Biz bilirik ki, bu, önəmli sayda vətəndaşların dəstəklədiyi qanuni hökumətdir. Lakin 21-ci əsrdə biz insan haqlarının ən böyük pozuntusunun şahidi oluruq. Eynilə əksəriyyətin əvvəlcə dəstəklədiyi digər bir hökumətin vaxtında olduğu kimi”.

Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 1601