Ticarət mərkəzində iş adamını güllələdilər
13:51 01 Fevral 2017
Türkiyədəki ticarət mərkəzlərinin birində iş adamına silahlı hücum təşkil edilib.
Femida.az "Milliyet"ə istinadla bildirir ki, Zonquldağın Ereyli mahalında yerləşən AVM-in kafesində oturan biznesmen Varol Bayrak silahlı hücuma məruz qalıb. O, oturduğu əsnada əlində silah olan şəxs ona yaxınlaşıb, bir dəfə atəş açaraq qaçıb. Ayağından güllə yarası alan iş adamı təcili xəstəxanaya çatdırılıb. Onun vəziyyəti normaldır.
Polis təhülkəsizlik kamerasından atəş açan şəxsin kimliyini müəyyən edərkən həmin şəxs özü polisə təslim olub. Hələlik onun iş adamına güllə atmasının səbəbi bilinmir.
Məsələ ilə bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 3512
Oxşar xəbərlər
- Ticarət mərkəzində intihara cəhd etdi
- Ticarət nümayəndələrinin funksiyaları bəlli oldu
- Ticarət mərkəzində 23 yaşlı oğlan özünü asdı
- Ticarət festivalında 6 milyonluq alış-veriş edilib
- Ticarət milli valyuta ilə aparılsın - NAZİRDƏN TƏKLİF
- Ticarət mərkəzində yanğın - Sabunçuda
- Ticarət mərkəzində meyit tapıldı
- Ticarət mərkəzində yanğın baş verdi
- Ticarət mərkəzində insanları aldadan şəxs tutuldu
- Ticarət mərkəzinə giriş pulsuz oldu