Əli Həsənov Səudiyyə Ərəbistanına səfər edib


17:46     01 Fevral 2017 eli%20hesenov1.jpg

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Səudiyyə Ərəbistanına səfəri başlayıb.


Femida.az-ın xəbərinə görə, Əli Həsənovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin mədəniyyət və informasiya naziri Adel bin Zeyd Əl-Toraifi qarşılayıb. Səfər zamanı Əli Həsənovun keçirəcəyi görüşlərdə Krallıqla Azərbaycan arasında media sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1121