Qənimət Zahidi kim saxlayır və ya pivəbaz hacının televiziya sərgüzəştləri


17:01     03 Fevral 2017 16507154_1390516531012009_753651944_n.jpg

İnternetin cəmiyyətdə yükünün artdığı bir zamanda internet leveziyalarının aktuallığı da artır. Azərbaycanda internet televeziyası ilk addımlarnı atsa da, artıq müəyyən nəticələr var.


Femida.az internet televiziyasının yaradılması üçün minimum nə qədər maliyyə tələb olunması və hansı şərtlərin vacibliyi barədə kiçik araşdırma aparıb.


Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan internet kanalı olan Muz-TV 2012-ci il 11 may tarixindən fəaliyyətə başlayıb. TV-nin Bədii rəhbəri Sədi Məmmədovun sözlərinə görə, Muz-TV -ni izləyən tamaşaçıların əksəriyyəti xarici ölkədə yaşayan azərbaycanlılardır.

“ Bildiyiniz kimi bizim məqsədimiz Azərbaycan musiqisini, mədəniyyətini tanıtmaq və təbliğ etməkdir. Bizi izləyənlərin əksəriyyəti xaricdə yaşayanlardır. Təəssüf ki, bu gün Azərbaycanda internet televiziyasını izləyənlər azdır. Çünki bu hələ bizdə tam formalaşmayıb. “

Bəs ən böyük probleminiz nədir sualına Sədi müəllim belə cavab verdi:

“ Ən böyük problem elə tamaşaçı kütləsidir. Bu, bütün internet televiziyalarının problemidir.”

Bir internet televiziyasının yaradılması üçün təxminən nə qədər məbləğ lazımdır sualına TV-nın bədii rəhbəri birbaşa cavab verməsə də, məbləğin böyük olduğunu da gizlətmədi.

“ Mən yaradıcı sahə ilə bağlı suallara cavab verə bilərəm. Keyfiyyətli iş görmək üçün təbii ki, müəyyən məbləğ lazımdır. TV-lərdə maliyyyə problemi o vaxt yaranır ki, onlar datasiya ilə maliyyələşir. Amma biz reklamın hesabına gəlir əldə edirik. İnternet televiziyaların əsas maliyyə mənbəyi reklamlardan gəlir.Bunlar olmasa, təbii ki, çətinliklər olar. Bizim əməkdaşların əksəriyyəti gənc tələbələrdir. Çalışırıq ki, həm onlar, həm də biz razı qalaq.”

Ölkədə fəaliyyət göstərən “a24.az” saytının şef redaktoru Cəlil Cavanşir mövzu ilə bağlı fikirlərini bildirib.

“ Bizim saytın video-xəbərlər hazırlayan bölümü var. Düzdür, biz özümüzü internet televiziyası hesab etmirik. Amma video-bölümümüzdə gündəlik xəbərləri vizual şəkildə izləyicilərə çatdırırıq. İnternet televiziyanın yaradılması çox böyük bir maliyyə dəstəyi tələb edir. Çox kiçik bir texniki vasitələrin alınması 80-90 min manat məbləğ tələb edir. Hələ bunun işçi heyəti, ofis xərcləri və digər məsələləri var.”


Göründüyü kimi internet televiziyalarının yaradılması müəyyən maliyyə hesablarına söykənir. Kiçik məbləğlə böyük işlər görmək olmur. Dünya ilə ayaqlaşmaq, internet əsrinə uymaq vacibdir. Lakin hər şey insana və dövlətin inkişafına xidmət etməlidir. İnternetdən, televiziyalardan mənfur əməllər, qarayaxma kampaniyası üçün istifadə etmək, televiziya yaratmaq və hələ də heç yerdən maliyyə almadığını iddia etmək sadəcə həyasızlıqdır.

Xaricdə internet televiziyası yaradıb, Azərbaycana qarşı qarayaxma kampaniyalarına rəhbərlik edən “qəhrəmanların” da fəaliyyətinə nəzər salmağa ehtiyac var. Misal olaraq son günlər mətbuatda adı məmurlardan böyük məbləğdə şantaj yolu ilə alınan pullara görə hallanan Qənimət Zahid.







“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təsis etdiyi Turan TV fəaliyyətə başlayar, başlamaz Azərbaycan əleyhinə materiallar yaymaqla özünü kimlərinsə gözünə soxmağa çalışdı.

Hətta 2007-ci ildə Sevgiladə Quliyeva adlı qadına “Azərbaycan” Nəşriyyatının qarşısında sataşdığına və döydüyünə görə məsuliyyətə cəlb olunan və “Üç Palma” restoranında Xocalı faciəsinin ildönümü günü yaratdığı eyş-işrət məclisi ilə bir müddət mətbuatda məşhur olan Qənimət Zahid bu günlərdə xarici dayılarının pulu ilə yaratdığı telekanalizasiyası ilə yenidən “qucaqlardadır.”

Maraqlıdır, Qənimət Zahid haqqında yayımlanan faktlara münasibət bildirərkən deyir ki, bu günə kimi heç kimdən bir manat da olsun pul almayıb. Burada belə bir sual yaranır. Onda Qənimət Zahidi kim saxlayır?

Bir vaxtlar sədası “Üç Palma”dan gələn Qənimət bu gün Fransada kiminsə ağuşuna sığınıb, yenidən Azərbaycana əl uzatmaq sevdasına düşüb. Onun gizləndiyi ölkə də kifayət qədər maraqlıdır. Fransa o dövlətdir ki, hər zaman milli məsələlərdə Azərbaycanın əleyhinə çıxışlarla işğalçı Ermənistana dəstək verib. Məntiqdən belə çıxır ki, Qənimət Zahidi saxlayanlar ya ermənilərdir, ya da...

Zahidin bir barmağın kəssən...







Azərbaycanda məmurların saxladığı Qənimət Zahid hazırda Fransada ailə saxlayır. Övladlarına təhsil verir. Mülk alır, gəzir, kef edir. Bununla da qalmır, televiziya yaradır. Operator, montajor, proqramçı, müxbir saxlayır. Hansı pulla?

Bəlkə Qənimət Zahid “Zəfər tağı”nın altındaca “Üç palma” işlədir? Təcrübəsi təcrübə, “day-day”ları da cüt-cüt. Bakıda Sevgiladə Quliyeva kimi narkoman və əxlaqsız qadınla yaşayan, sonra həmin qadının qəzəbinə tuş gələn Zahidov fransız madamlarının ona üz verməməsinin qəzəbini kamera qarşısına keçib, tamaşaçıdan çıxır.




( Sevgiladə Quliyeva)



Yuxarıdakı rəqəmlərdən də göründüyü kimi internet televiziyasının yaradılması üçün xeyli məbləğ tələb edilir. Nəzərə alanda ki, kameranın satış qiyməti (full HD) 30 min manatdan başlayır, bizə məlum olur ki, Şoşot teatrının aktyoru Zahidov Fransada da pis qazanmır.

Qənimət Zahid adını Turan qoyduğu televiziyanı “Üç palma” adlanan fahişəxanası ilə səhv salıb. Turan adı sənə yaraşmaz, pivəbaz hacı...

P.S: Yazının məqsədi fırıldaqçı, Azərbaycan düşməni insanların xaricdə hansı əməyinin qarşılığında pullar qazandığını oxucuya göstərməkdir. Gözünü aç, oxucu.


Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12713