“Kürdlər muxtariyyət əldə etməyə çalışır”


15:46     31 İyul 2015 DCD82219-91FC-4B58-B156-ABCE53A287CF_mw1024_mh1024_s.jpg

“Kürdlər silahlı mübarizəni sona çatdırıb sivil yolla muxtariyyət əldə etməyə çalışırlar”


Bu sözləri HDP-nin bağlanması barədə danışarkən politoloq Fərhad Mehdiyev deyib. O bildirib ki, HDP-ni qanunsuz qurum elan etmək cəhdi kürdləri yenidən silahlı mübarizəyə sövq edə bilər.

“HDP-nin məclisdə 80 yeri var və AKP bunlardan yarısını ala bilsə, yenidən təkbaşına iqtidarını qura bilər. AKP liderləri təkrar seçkinin keçiriləcəyi halda HDP-nin səslərini əlindən ala bilməyəcəklərini düşündüklərinə görə indi də HDP-ni qanunsuz bir təşkilat kimi göstərməyə cəhd edirlər. Halbuki HDP kürd mübarizəsinin sivil şəklidir və buna inanan kürdlər silahlı mübarizəni sona çatdırıb sivil yolla muxtariyyət əldə etməyə çalışırlar. HDP-ni qanunsuz qurum elan etmək kürdləri yenidən silahlı mübarizəyə sövq edəcək. Maraqlıdır, AKP bunu bilmir? Əlbəttə ki, bilir. Onların umacağı HDP-nin olmadığı bir seçkidə müsəlman kürdlərin təkrar AKP-yə səs verməsidir. Lakin HDP qadağan edilsə də, kürdlər əvvəlki kimi müstəqil namizəd olaraq seçiləcəklər.

Politoloqun sözlərinə görə, Türkiyədə son baş verən hadisələr, xüsusilə kürd partiyası HDP-yə qarşı həmlələr keçirilmə ehtimalı yüksək olan təkrar seçkilərə hesablanıb:

“Qeyd etməliyik ki, kürd məsələsinin həllinə yönələn PKK ilə həll prosesini başladan da Ərdoğanın özüdür, eyni zamanda, HDP liderlərini Öcalan və PKK ilə vasitəçi kimi qəbul edən də məhz AKP-dir. Bu səbəblə bugünkü gedişat ittihamların legitimliyini sual altına qoyur. Necə olursa olsun, son seçkilərdə AKP-dən qopub HDP-yə səs verən Şərqi Anadolu xalqının təkrar hakim partiyaya səs vermə ehtimalı olduqca azdır. Ölkədə baş verən çaxnaşmaların, İŞİD terrorunun bir nömrəli səbəbkarı kimi görülən elə AKP siyasətidir. Bu səbəblə HDP-ni ləğv etmə, qanunsuz elan etmə taktikasının öz nəticəsini verəcəyini gözləmək sadəlövhlük olardı”.

Açar sözlər:

Oxunub: 1593


Oxşar xəbərlər