Banklarının aktivləri 31 mlrd. manatdan çoxdur


21:30     03 Fevral 2017 Dollar-pul-655x360.jpg

Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 dekabr 2016-cı il tarixinə cəmi aktivləri 31 mlrd. 439,5 mln. manat, cəmi öhdəlikləri 29 mlrd. 530,7 mln. manat təşkil edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından Femida.az-a verilən məlumata görə, sektorun balans kapitalı 1 mlrd. 908,8 mln. manatdır. Əhalinin əmanətləri 7 mlrd. 432,1 mln. manat həcmindədir.

Banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir. Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nın işçi heyəti 2 657 nəfər təşkil edir.

Açar sözlər:

Oxunub: 1246


Oxşar xəbərlər