İnternetdən kitab oxuyanların sayı açıqlandı


15:31     04 Fevral 2017 elektron%20kitab.jpg

Elektron dərslik portalının onlayn istifadəçilərinin yanvar ayı üzrə müqayisəli statistikası açıqlanıb.


Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, statistikada son 3 ildə yanvar ayları üzrə onlayn istifadəçilərin sayı əks olunub. Belə ki, 2017-ci ilin yanvar ayı ərzində www.e-derslik.edu.az portalından 63.442 istifadəçi onlayn olaraq istifadə edib.

Bu rəqəm 2015-ci ilin yanvar ayı ilə müqayisədə (10.612) 6 dəfə, 2016-ci ilin yanvar ayı ilə müqayisədə isə (31.776) 2 dəfə çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 1449


Oxşar xəbərlər