Məhkəmədən quldurlara AĞIR CƏZA


17:05     06 Fevral 2017 1442557655_mehkeme-zali.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və quldurluqda təqsirləndirilən Ricat Hidayətov və Əli Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Hidayətov 8 il 6 ay, Ə. Hacıyev isə 4 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 26 iyun 2014-cü ildə zərərçəkən Rasim Mirzəyevi bıçaqla hədələyərək, üzərində olan əşyaları tələb edib və onun 35 manat pulunu əlindən alıblar. Eyni əməllər hər iki şəxs tərəfindən dəfələrlə təkrarlanıb. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1836