Çanaqqalada zəlzələ süni yolla törədilə bilər - ŞOK İDDİA


19:24     07 Fevral 2017 fft64_mf1570949.Jpeg

Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində qeydə alınmış yeraltı təkanlar süni yolla törədilə bilər.


Bunu Ankaranın meri Melih Gökçek öz Tvitter səhifəsində yazıb.

O iddia edib ki, bu zəlzələni dövlət çevrilişinə cəhdi həyata keçirən qüvvələr meydana gətirmiş ola bilər.

“Çanaqqalada güclü zəlzələ baş verib. Mən aydınlaşdırdım ki, bölgədə seysmik araşdırmalar aparan gəmi mövcuddur. O gəminin hansı ölkəyə məxsus olduğu və nə işlər gördüyü təcili surətdə müəyyənləşdirilməlidir. Narahatam ki, yeraltı təkanlar süni yolla törədilə bilər”, - M.Gökçek Tvitter hesabında yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1986