Minskə əməliyyat qrupu göndərilib - Lapşini gətirmək üçün


02:23     08 Fevral 2017 lapsin%20getirili%20azvision.jpg

Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupu bloqqer Aleksandr Lapşini Bakıya gətirmək üçün xüsusi reyslə Minskə yola düşüb.


Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, yaxın saatlarda qalmaqallı bloqqerin əlləri qandallı Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb. Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib. Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib.

Femida.az

Açar sözlər:

Oxunub: 2013


Oxşar xəbərlər