Çavuşoğlu Ukraynaya gedir


19:40     08 Fevral 2017 cavusoglu-ndan-diplomasi-trafigi-1471298348.jpg

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu fevralın 9-10-da Ukraynada işgüzar səfərdə olacaq.


Bu barədə Türkyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, M.Çavuşoğlu ukraynalı həmkarı ilə Strateji Planlaşdırma üzrə birgə qrupun 5-ci iclasında iştirak edəcək:

“Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkinlə danışıqlar zamanı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibəti ilə ikitərəfli münasibətləri və gələcək əməkdaşlıq üçün perspektivləri müzakirə edəcək”.

Səfər çərçivəsində Ankara və Kiyev arasında məsləhət planının imzalanması da gözlənilir. Bundan əlavə türkiyəli nazirin Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysmanla görüşü nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 967