İlham Əliyev Lukaşenkoya zəng edib


01:00     09 Fevral 2017 56c6fb37aba59..jpeg

Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.


Telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, Prezident Lukaşenkonun keçən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə olunmuş razılıqların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparmış, Prezidentlər səviyyəsində gələcək görüşlər barəsində danışmışlar.

Dövlətimizin başçısı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən Prezident Aleksandr Lukaşenkoya minnətdarlıq etmiş, bu addımı qanun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirmişdir.

Aleksandr Lukaşenko minnətdarlığa görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 8482