Nazirlik Mehman Hüseynovu məhkəməyə verdi


15:53     09 Fevral 2017 mehman%20huseynov.jpg

Daxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovu məhkəməyə verib.

Femida.az xəbər verir ki, bunu vəkil Elçin Sadıqovun Apa-ya açıqlamasında deyib. O bildirib ki, xüsusi ittiham qaydasında edilən şikayətə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılacaq. Məhkəməyə hazırlıq iclası 10 fevral, saat 10:00-a təyin olunub.

Vəkil qeyd edib ki, xüsusi ittiham qaydasında şikayət müdafiə tərəfinə təqdim edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 2443