İlham Əliyev Tarif Şurasına 15 gün vaxt verdi
23:26 10 Fevral 2017
Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında bəzi məsələlər barədə sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.
Femida.az
Oxunub: 2859
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir