Moqerini ABŞ-a xəbərdarlıq etdi


20:08     11 Fevral 2017 moqerini4.jpg

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ABŞ-a Avropa İttifaqının siyasətinə qarışmaması mövzusunda xəbərdarlıq edib.


ABŞ və Avropa İttifaqının maraqlarının fərqli olduğunu vurğulayan Federika Moqerini, Brüssel və Vaşinqtonun terrorla mübarizədə ortaq fikirlərinin olduğunu diqqətə çatdırıb.

Federika Moqerini bildirib ki, lakin terrorçuluqla mübarizədə ABŞ və Aİ fərqli üsullardan istifadə edir.

Tramp-ın miqrantlarla bağlı siyasəti barədə verilən suala cavab verməyən Federika Moqerini, bunların ABŞ-ın daxili işi olduğunu sözlərinə əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1178