DİN-in mətbuat xidmətinə - YENİ TƏYİNAT
15:45 13 Fevral 2017
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
Femida.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.
Femida.az
Oxunub: 1915