Putinlə Trampın görüş vaxtı bilindi
19:40 13 Fevral 2017
Rusiya və ABŞ prezidentlərinin görüşü bu ilin iyul ayında keçiriləcək.
Bu barədə məlumatı təsdiqləyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla belə hazırda görüşlə bağlı konkret detalların olmadığını bildirib.
"Hələlik hansısa konkret müddət yoxdur. Bu ilin iyul ayında Almaniyada G 20 sammiti keçiriləcək. Orada prezidentlər bu və ya digər şəkildə görüşəcəklər. Lakin bildiyiniz kimi görüşün daha tez keçirilməsinin mümkünlüyündən söhbət gedirdi. Hələlik bu barədə konkretlik yoxdur", - deyə o vurğulayıb. (APA)
Femida.az
Oxunub: 2002
Oxşar xəbərlər
- Putinlə Ruhani görüşdü
- Putinlə Sarkisyanın Soçi görüşü başladı
- Putinlə Əliyev Qarabağı müzakirə etdi
- Putinlə Ərdoğan görüşdü
- Putinlə Tramp nədən danışıb?
- Putinlə Tramp görüşür
- Putinlə Ruhani Xəzərin statusunu müzakirə ediblər
- Putinlə Tramp iyulda görüşə bilər
- Putinlə Netanyahu görüşəcək
- Putinlə Ruhani razılaşdı - Telefon zəngi