Evini qardan təmizləyirdi, canından oldu


14:15     14 Fevral 2017 qar_temizlemek_025.jpg

Bakıda dam örtüyünü qardan təmizləyərkən yıxılan şəxs ölüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, fevralın 6-da Zabrat qəsəbəsində "Parnik" kimi tanınan ərazidə yerləşən evlərin birində yaşayan, 1949-cu il təvəllüdlü Quliyev Haqverdi Hüseyn oğlu evin dam örtüyünün üzərinə çıxaraq təmizlik işi aparmaq istəyib. Onun ayağı sürüşərək yerə yıxılıb. H.Quliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən H.Quliyev bu gün dünyasını dəyişib. Onun meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1193