Tapdığı əşya əlində partladı - Barmaqlarını kəsdilər


16:39     18 Fevral 2017 xestexana5.jpg

Ağcabədi sakininin tapdığı əşya əlində partlayıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Minəxorlu kəndində qeydə alınıb. Kənd sakini, 70 yaşlı Əliyev Yusif Həmid oğlu yerdən tapdığı qələmə oxşar əşyanı əlinə götürərkən partlayış baş verib. O, dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Y. Əliyevin üç barmağı amputasiya edilib. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1098