Jirinovskidən qeyri-adi təklif


01:53     03 Avqust 2015 50571f42e7d984168d7ec7219bb34f56__660x370.jpg

Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölkəni Rusiya imperiyası adlandırmağı və dünyanın yarısını “dizi üstə çökdürməyi” təklifi edib.


Femida.az xəbər verir ki, bu barədə o “Rus xəbərlər xidməti” radiosuna Rusiyaya qarşı sanksiyaların sərtləşməsini şərh edərkən bildirib: “Bütün iqtisadi əlaqələri dayandırmaq, sanksiyaları dəstəkləyən ölkələr ilə bütün iqtisadi, ticarət, turizm əlaqələrini kəsmək, dünyanın yarısını “dizi üstə çökdürmək” lazımdır. Biz ən güclü hərbi bazaya malik olan ölkəyik, bizdən hamı qorxur. ABŞ-dan başqa digər ölkələr müharibə etməyi bacarmır. Fransızlara və almanlara elə dərs keçmişik ki, onlar bizimlə heç vaxt müharibə etməzlər”.

Rusiyalı deputatın sözlərinə görə, Qərblə gərgin münasibətlər şəraitində sərt tədbirlər görmək lazımdır, güclü repressiya aparatı yaratmaq, DTK (Dövlət Təhlükəsizlik Komitəsi) və sonda Rusiyanın adını dəyişmək lazımdır.

Açar sözlər:

Oxunub: 1286