İğdırda ölən azərbaycanlılarla bağlı XİN-dən açıqlama - YENİLƏNİB


19:26     20 Fevral 2017 qaza.jpg

"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".


Bunu Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

***

13:20

İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ümumilikdə 20 nəfər yaralanıb, 7 nəfər ölüb.

Bu barədə APA-ya Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib.

O bildirib ki, ölən və yaralanan azərbaycanlıların sayı və şəxsiyyəti dəqiqləşdirilir: “Ölən və yaralananlar arasında azərbaycanlıların sayı böyük ehtimalla çox olacaq. Çünki Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur”.

***

12:48

İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, qəza Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və jandarm sövq edilib. İğdır Valisi Əhməd Turgay Qəhrəman hadisə yerinə gəlib.

Hazırda qəza nəticəsində nəqliyyat vasitələrində sıxılıb qalan yaralıların azad olunması istiqamətində işlər aparılır. Qəzaya səbəb yolun dumanlı olması göstərilir.

Ölən və yaralılar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

***

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

Femida.az

Açar sözlər:

Oxunub: 8969