ATƏT-in qış sessiyası işə başlayıb
18:39 23 Fevral 2017
Fevralın 23-də Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası işə başlayıb.
Femida.az xəbər verir ki, sessiyada ölkəmizi ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva və Kamran Nəbizadə təmsil edirlər.
ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlament üzvünün iştirak etdiyi sessiyanın açılışında ATƏT PA-nın prezidenti Kristine Muttonen cari beynəlxalq məsələlər ilə bağlı çıxış edib.
Sessiyanın ilk günü ATƏT məkanında seçkilərdə müşahidə missiyalarının fəaliyyəti, komitələrin fəaliyyəti, həmçinin xüsusi nümayəndələrin fəaliyyətinə dair hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.
Sessiyanın rəsmi açılışında isə Avstriya Milli Şurasının (Parlament) sədri Doris Bures, ATƏT PA-nın prezidenti Kristine Muttonen, ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Hedi Fray çıxış edəcəklər. Sessiyanın hər üç komitəsinin birgə iclasında isə ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın federal xarici işlər naziri Sebastian Kurts və ATƏT-in baş katibi Lamberto Zannyer çıxışları dinləniləcək və parlamentarilərin sualları cavablandırılacaq.
Femida.az
Oxunub: 869
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda