Penitensiar Xidmətdə məhbuslar üçün - SEMİNAR


21:34     03 Avqust 2015 edliyye.jpg

Femida.az xəbər verir ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin reabilitasiyasına ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində cəzaçəkmə müəssisəslərində təşkil edilən seminarları yekunlaşıb. İyul ayı ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 cəzaçəkmə müəssisəsində: 1, 2, 4, 6, 7, 9, 10, 11, 12, 15, 16, 17 saylı cəzaçəkmə müəssisələrində, İxsisaslaşmış Müalicə Müəssisəsi, Müalicə Müəssisəsi və Tərbiyyə Müəssisəsində “cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin reabilitasiyası” mövzusunda seminarlar təşkil edilib.

Seminarlar zamanı cəzaçəkmə müəssisələrini tərk etməyə hazırlaşan məhkumlarla qrup və fərdi şəkildə görüşlər keçirilərək onlara “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanundan irəli gələn əsas anlayışlar, onların hüquq və vəzifələri, sosial adaptasiya prosesi və onların sosial adaptasiya prosesinə hazırlığına dəstək göstərilərək “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin göstərdiyi xidmətlər haqqında məlumat verilib. Keçirilən görüşlərdə məhkumların sosial adaptasiya müddətində ən çox üzləşdiyi problemlər və onların həlli yolları ilə bağlı aparılan müzakirələr haqqında qeydlər də aparılıb.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi layihə çərçivəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərə hüquqi, sosial, tibbi, psixoloji, məşğulluq problemlərinin həllində köməklik göstərir və müvafiq hökumət və qeyri-hökumət təşkilatlarına yönləndirmə xidmətləri həyata keçirir.

Mərkəzdə eyni zamanda keçmiş məhkumlara sosial müşayiət xidməti göstərilir ki, bu da onların hüquqlarının təminatına və maarifləndirilməsinə, sosial adaptasiya prosesinin sürətləndirilməsinə, psixoloji baxımdan özünü qiymətləndirilmənin yüksəlməsinə müsbət təsir edəcəkdir. Seminarlarda penitensiar xidmətin əməkdaşları da iştirak etmişdir. Onlar da reabilitasiya prosesinin vacibliyini bir daha vurğulayaraq həyata keçirilən layihənin cəzaçəkmə müəssisələrini tərk etməyə hazırlaşan məhkumlar, eyni zamanda cəmiyyət üçün, təkrar cinayətkarlığın qarşısının alınmasıda əhəmiyyətini qeyd etmişlər. Seminar iştirakçılarına maarifləndirici materiallar paylanılmış və məhkumların sualları cavablandırılırmışdır.

Təcrübə göstərir ki, təkrar cinayətkarlıq məhz nəzərdə tutulan adaptasiya dövründə baş verir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi də bu adaptasiya müddətində cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin yanında olacaqdır.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1345