Cəbhədə gərginlik davam edir - Atəşkəs 145 dəfə pozuldu
14:29 28 Fevral 2017
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin qumbaraatanlardan da (cəmi 68 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.
Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Femida.az
Oxunub: 1710
Oxşar xəbərlər
- Cəbhədə son vəziyyət - Atışma səngimir
- Cəbhədə atəş səsləri - İriçaplı pulemyotlar işə düşüb
- Cəbhədə təxribat davam edir - Atəşkəs pozuldu
- Cəbhədə yenə güllə səsləri eşidildi - Nazirlik məlumat yaydı
- Cəbhədən son xəbər
- Cəbhədə gərgin gecə - Kəndlərimiz atəşə tutulub
- Cəbhədə nə baş verib?
- Cəbhədə son vəziyyət
- Cəbhədə son durum
- Cəbhədən son xəbər