Beton qarışdıran qurğuya düşdü – Bakıda faciəli ölüm


14:34     01 Mart 2017 beton%20qar.jpg

Bakıda zavodda ölüm hadisəsi baş verib.


Qaradağ Rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb. Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1373