Nalbandyan Qarabağa gəlib


21:07     01 Mart 2017 Armenian_Minister_of_Foreign_Affairs_Eduard_Nalbandyan.jpg

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Erməni nazir səfər zamanı fevralın son günlərdinə baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Nalbandyan qondarma “DQR-nın prezidenti” Bako Saakyanla Xankəndi şəhərində görüşüb.

Məlumata görə, Nalbandyan və Bako Saakyan regional məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son durumu müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 2789