Cinayət törədənlərin yaş qrupu – DƏHŞƏTLİ STATİSTİKA


22:32     04 Avqust 2015 83176.jpg

Cinayətkarlıq və cinayətin qarşısının alınması mövzusunda qanunvericilikdə islahatlar aparılmasına baxmayaraq, günü- gündən cinayətlərin sayı artmaqda davam edir.

Cəmiyyətdə insanların qarşılıqlı münasibəti, mədəni davranış məsələsi cinayətlərin baş verməsində xüsusi rol oynayır. Elə son 5 ilə nəzər salsaq ölkəmizdə kifayət qədər səs-küylü cinayət hadisələrinə rast gəlmək mümkündür. Hətta, elə cinayət hadisələri baş verib ki, onlar aylarla mətbuatın və cəmiyyətin gündəmini zəbt edib.

Bir neçə il əvvələ nəzərə salsaq, mətbuatda “ Goranboy terroru” adlı ilə tanınan və 2014- cü ilin oktyabrında baş verən cinayət hadisəsi böyük səs-küyə səbəb oldu. Rayonun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası və odlu silahla qayınatasının evinə hücum edərək 5-i qadın olmaqla 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralamışdı.




Bu tükürpədici cinayət ailədaxili münaqişə zəminində baş verib, öldürülənlər arasında R.Hüseynovun həyat yoldaşı Südabə Məmmədova da var. Ölkədə digər səs-küyə səbəb olan cinayət hadisəsi bu ilin may ayında 32 yaşlı manyak tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Aişə Qələndərova ilə bağlı idi. Məlum olduğu kimi, azyaşlı qız əvvəlcə zorlanıb, sonra isə boğularaq öldürülüb. Ölkədə bu tipli ağır cinayət hadisələrinə nümunələrini sonsuz sayda göstərmək olar.

Bu zaman belə bir maraqlı sual ortaya çıxır. Azərbaycanda ağır cinayətləri törədənlərin yaş tərkibində çoxluğu hansı yaş kateqoriyası təşkil edir?


Femida.az bununla bağlı araşdırma aparıb. Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2014- cü ildə baş verən cinayət törədənlərin sayı 15560 nəfər olub, onlardan 1932 –i ağır cinayət törədənlər qrupuna aid edilir. Araşdırmamız zamanı məlum olan digər bir məsələ ağır cinayət törədənlərin arasında azyaşlıların da adının olmasıdır. Rəsmi məlumata görə, 2014- cü ildə ağır cinayət törədən 14-15 yaş qrupunda olan azyaşlıların sayı 24 nəfər olub. Onlar daha çox ağır qətllər törətməkdə ittiham olunublar. Alət kimi də daha çox bıçaqdan və digər soyuq silahlardan istifadə olunub.

16-17 yaş qrupunda olanların törətdiyi cinayət hadisəllərinin sayı 69 nəfər təşkil edir.Bu yaş qrupunda törədilən cinayət hadisələri daha çox psixoloji təsir altında baş verib.

18-24 yaş aralığında cinayət törədənlərin sayı 370, 25-29 yaş aralığında bu rəqəm 378 nəfər təşkil edir. 2014- cü ildə daha çox ağır cinayətləri törədənlərin yaş həddi 30 yaşdan yuxarı olan şəxslərdir.Onların sayı 1091 nəfər təşkil edir.Bu yaş qrupunda törədilən cinayətlər daha çox taman məqsədilə törədilən qətllər təşkil edir.

Statistikadan da görüntüyü kimi, 2014- cü il ərzində ağır cinayət törədənlərin sayı heç də az deyil. Bu isə özlüyündə valideynlərinin yükünün artmasından xəbər verir. Cəmiyyət inkişaf etdikcə onun sosial problemləri də artır.

Mütəxəsisslərin fikrincə, azyaşlıların belə ağır cinayətlərin törədilməsində mühitin rolu böyükdür. Həmçinin, azyaşlıların daha çox döyüş və cinayət mövzulu oyunların internet vasitəsi ilə oynamaqları onların şüurlarında müəyyən pozulmalara səbəb olur. Onlar bəzən özlərini həmin oyunun “ qəhrəmanı” yerində görməyə çalışırlar.Bu da sonda ağır nəticəyə gətirib çıxarır.Buna görə də, valideynlər övladlarına diqqəti daha da artırmalı, onları bu yaş dövründə sosial şəbəkələrin oyun məngənəsindən qorumalıdırlar.Əks halda ildən ilə bu cür ağır cinayətlərin sayı durmadan artacaq.


Miri Məcidli
Fem ida.az

Açar sözlər:

Oxunub: 2587