PKK terroru davam edir: 2 polis şəhid edildi - TƏCİLİ


17:45     04 Avqust 2015 manset268910-14385-33537.jpg

Türkiyədə PKK terrorçuları növbəti dəfə terror hadisəsi törədib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbəbr verir ki, terror aktı bu dəfə Şırnak vilayətindən 10 km aralıda yerləşən Araköy mövqeyində yolun təhlükəsizliyini təmin edən zirehli maşının keçidi zamanı baş verib. PKK terrorçularının basdırdığı minanın partlaması nəticəsində 2 polis əməkdaşı şəhid olub, daha iki nəfər isə yaralanıb. Bölgəyə əlavə yardım göndərilib.

Xatırladaq ki, 30 iyulda da Şırnak vilayətində 3 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsi baş verib.

Qeyd edək ki, PKK terrorçuları bu gün Mardin vilayətinin Nusaybin bölgəsində də terror aktı həyata keçiriblər. Polis maşını hərəkətdə olarkən terrorçuların yol kənarına yerləşdirdiyi, uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində 1 polis əməkdaşı yaralanıb. Polis əməkdaşı dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 702