Hüquqi yardım: Dələduz kimlərə deyilir - Onları hansı cəza gözləyir?


15:59     06 Mart 2017 deleduiz.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Mətbuatda tez-tez rast gəlinən xəbərlərdən biri də dələduzluq yolu ilə törədilmiş cinayətlərlə bağlıdır.

Dələduzluq nədir? Dələduzları hansı cəza gözləyir?

Dələduzluq - etibardan sui-istifadə edərək və ya aldatma yolu ilə digər şəxsin əmlakını (pulunu, daşınmaz əmlakını və sair) əldə etməkdir. Dələduzluq niyyətləri daha çox işə düzəltmək, asan yollarla gəlir əldə etmək, biznes fəaliyyəti, əmlakın satılması və bir sıra digər adlar altında pərdələnir.

Dələduzluq yolu ilə ələ keçirilən məbləğ 100 manata qədərdirsə, dələduz inzibati məsuliyyətə cəlb ediləcək və bu əmələ görə barədində ən ağır cəza kimi 2 ayadək inzibati həbs tətbiq edilə bilər.

Əgər məbləğ 100 manatdan 3.000 manata qədərdirsə, dələduz cinayət məsuliyyətinə cəlb ediləcək və ona təyin edilə biləcək ən ağır cəza - 2 ilədək azadlıqdan məhrum etmə ola bilər.

Əgər məbləğ 3.000-10.000 manat civarındadırsa - dələduz 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Əgər məbləğ 10.000 manatdan yuxarıdırsa - dələduz 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Yalnız 3.000 manatadək olan dələduzluq əməlinə görə tərəflərin barışması nəticəsində və vurulmuş ziyan ödənildiyi halda dələduzluq etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 3773