Faciəvi hadisənin səbəbi dəmir lövhələr idi? – AÇIQLAMA


15:53     09 Mart 2017 17198512_10208718274291571_1625857624_n_14890374373.jpg

Xəbər verdiyimiz kimi, bu gün Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Verilən son məlumata qəzada ölənlərin sayı 5 nəfərə çatıb.


Faciənin miqyasının böyüməsində müxtəlif versiyalar irəli sürülür. Bunlardan biri də mikroavtobusun yol kənarına quraşdırılmış dəmir lövhələrə çırpılması versiyasıdır. Bu vaxta qədər yol kənarındakı dəmir lövhələr dəfələrlə böyük miqyasılı faciələrə səbəb olub. Ötən il elə Bakı-Sumqayıt yolundakı dəhşətli qəza yaddaşlardan silinməyib.

Femida.az məsələyə aydınlıq gətirmək üçün "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladı.

Qurum rəsmisi açıqlamasında bildirdi ki, bugünkü qəzanın faciəvi nəticələrə səbəb olmasında yol kənarındakı dəmir lövhələrin heç bir rolu yoxdur:

“Körpülərin üzərində dəmir tirlər və beton maneələr quraşdırılır. Adi yolların yalnız təhlükəli, enişli-yoxuşlu hissələrində dəmir lövhələr quraşdırılır. Yol ayırıcına isə dəmir piltələr qoyulur. Bütün bu tədbirlər qəzanın daha ağır fəsadlarının qarşısını almaq üçün görülür. Bizdəki dəmir lövhələr xaricdən gətirilir və dünya standartlarına tamamilə uyğundur. Bu gün baş verən qəzanın isə həmin dəmir lövhələrlə heç bir bağlılığı yoxdur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5694