Təyyarədə dava: Bütün reyslər təxirə salındı


16:07     10 Mart 2017 22172990258_3446fc3c17_b.jpg

Tunisin "Tunisair" milli aviaşirkəti əməkdaşları arasında baş vermiş davadan sonra bütün reysləri təxirə salmaq barədə qərar verib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarədə kapitan və ikinci pilotla texniki heyət arasında baş vermiş mübahisə sonda böyük bir davaya çevrilib.

Hadisə ilə bağlı təyyarəyə polis çağrılıb. Hətta iş o qədər böyüyüb ki, Tunisin nəqliyyat nazirinin iştirakı ilə məsələnin araşdırılması üçün xüsusi operativ qərargah yaradılıb.

İlkin ehtimal olaraq mübahisənin texniki heyət üçün yeni tətbiq edilmiş uniforma ilə bağlı olduğu bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2470