Balıqçıların qayığı qəzaya uğradı - Xəzərdə faciə


20:32     10 Mart 2017 xezer%20dneidifghj67.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km dənizdə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının çevrilməsi məlumatı daxil olub.



Femida.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Aviasiya Dəstəsinin 1 helikopteri dərhal hadisə yerinə cəlb olunub, batmaq təhlükəsi ilə üzləşmiş 4 balıqçını xilas edərək, sahilə gətirir.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 1193