Qasırğa 38 nəfərin ölümünə səbəb oldu


20:06     11 Mart 2017 qasirga47.jpg

Madaqaskarda "Enavo" tropik qasırğası nəticəsində 38 nəfər ölüb, 180 nəfər yaralanıb.


Bu barədə yerli mətbuata istinadən "Reuters" məlumat yayıb. Məlumata görə, 116 min insan müvəqqəti olaraq yaşadığı evi tərk edib, təqribən 53 min nəfər ada ərazisində yaradılan xüsusi mərkəzlərə yerləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 972