Hərbi hissələrə baxış keçirildi
21:37 11 Mart 2017
Azərbaycan müdafiə nazirinin və İnsan hüquqları üzrə müvəkkilinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri hərbi hissələrə baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ombudsman aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsman aparatının sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
Femida.az
Oxunub: 807
Oxşar xəbərlər
- Hərbi təyyarə qəzaya düşdü - Pilotlar xilas oldu
- Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub
- Hərbiyə 46 milyard dollar xərclənəcək
- Hərbi qeydiyyata düşməyənlər cərimələnəcək - Xəbərdarlıq
- Hərbi prokurorun ŞƏRHİ
- Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
- Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
- Hərbi təyyarə qəzaya uğradı
- Hərbi qulluqçular üçün yeni orden təsis edildi
- Hərbi hissədə tədbir keçirilib