Məcburi köçkünlərin yaşadığı kəndlərə qaz verilib


01:47     12 Mart 2017 fa418b3d1d85cedf10294b9637e084d1.jpg

Martın 11-də Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) Femida.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə baş nazirin müavini, QMKİDK sədri Əli Həsənov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Cəbrayıl rayon İH başçısı Kamal Həsənov və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 4456 abonenti olan bu qəsəbələrin qazlaşdırılması üçün birpilləli sistem əsasında 200 min 555 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Abonentlərin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1209