Yunanıstanda polis ilə qarətçi arasında ATIŞMA


13:41     12 Mart 2017 polis_isvec_234656y.jpg

Yunanıstanın Afina şəhərinin Kamatero rayonunda, "My Market" maqazinində polis ilə soyğunçu arasında atışma olub.


Femida.az xəbər verir ki, insident soyğunçunun ağır yaralanması ilə başa çatıb.

Atəş açan şəxs, ilkin məlumatlara görə, 40 yaşlı yunan olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin araşdırılması ilə təhlükəsizlik xidməti məşğul olur.

Femida.az

Açar sözlər:

Oxunub: 1263