Nepalda ağır qəza baş verdi: 24 nəfər öldü


16:24     12 Mart 2017 neapol6.jpg

Nepalda baş verən ağır yol qəzasında 24 nəfər ölüb, 41-i yaralanıb.

Ölkənin qərbində baş verən qəzada sərnişin avtobusu 200metr hündürlükdən dərəyə yuvarlanıb.

Polis qəzaya nəqliyyat vasitəsinin yüksək sürətlə idarə olunmasının səbəb ola biləcəyini ehtimal edir.

Faktla bağlı araşdırmalar davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 967