Xudatda yol qəzası - yaralılar var


21:33     12 Mart 2017 1359952125_qeza-avariya-main.jpg

Bu gün günorta saatlarında Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.


Xudat-Yalama yolunda “Peugeot” markalı avtomaşınla “Mersedes” toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xudat şəhər xəstəxanasında ilkin tibbi yardımdan sonra hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 917