46 nəfər zibilin altında qalıb öldü - Aralarında uşaqlar da var


01:30     13 Mart 2017 1489327483_zibil-afrika.jpg

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 46 nəfərə çatıb.


Bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi. Şəhərin hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, ölənlərin çoxu uşaqlar və qadınlardır.

Hadisə baş verən zaman həmin ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər 37 nəfərin həyatını xilas edib. Onlarla insan zibil yığını altında qalıb. Ölü sayının artacağı istisna edilmir.

Qeyd edək ki, şəhər yaxınlığındakı zibil nəhəng yığını 50 il formalaşıb. Son illər zibil başqa yerə daşınsa da, yaxınlıqda yaşayan fermerlər yeni zibil poliqonunun yaradılmasına etiraz ediblər. Zibil yenidən köhnə poliqona daşınmaqda davam edib. Bu da bu gün faciəyə yol açıb.

Açar sözlər:

Oxunub: 2785