Könüllülər cəbhədə


21:17     14 Mart 2017 6b3ae0c7-531d-4cdb-acd5-328b7523d680.jpg

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Könüllüləri Novruz bayramı ərəfəsində Azərbaycan əsgərlərini ziyarət ediblər.


Femida.az -ın məlumatına görə, könüllülər Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə olublar. 40 könüllünün qatıldığı ziyarətin təşkilində əsas məqsəd Vətənin keşiyində duran əsgərlərlə birgə axır çərşənbəni qeyd etmək və onların Novruz bayramını təbrik etmək, eləcə də "Bakı 2017" Könüllülərinin sosial fəallığını təmin etmək olub.
Tədbirdə "Bakı 2017" könüllülərindən başqa, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) işçi heyəti və AİHOƏK-in korporativ direktoru, Bakı 2017 Könüllülərinin səfiri Elçin Səfərov da iştirak edərək əsgərlərlə birgə xoş vaxt keçiriblər. Bundan başqa, hərbi hissədə əsgərlər üçün maraqlı musiqili proqram təşkil olunub və könüllülər tərəfindən əsgərlərə kiçik xatirə hədiyyələri də təqdim edilib.
Qeyd edək ki, Uğurlu Gələcək Könüllülərin İnkişaf Proqramının tərkib hissəsi olaraq "Bakı 2017" Könüllülərinin sosial fəaliyyətini artırmaq üçün həyata keçirilən bu kimi tədbirlər qarşıdakı günlərdə də təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 723