ASAN Könüllüləri Cocuq Mərcanlıda


19:50     15 Mart 2017 unnamed-(4)_1489578078.jpg

“ASAN Könüllüləri” torpaq çərşənbəsini Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıda keçirib.


Femida.az-ın məlumatına görə, səfər zamanı könüllülərə məlumat verilib ki, ötən il uğurlu aprel əməliyyatlarından sonra Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranmış, həmin ərazilərdə yenidənqurma işlərinə start verilmişdir. Daha sonra könüllülər Cocuq Mərcanlıda aparılan bərpa və yenidənqurma işləriylə yaxından tanış olublar.

Həmçinin ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərin iştirakıyla könüllülərin ifasında kiçik konsert proqramı təşkil olunub, “Əsgərə Məktub” layihəsi çərçivəsində vətəndaşların ünvanladıqları təşəkkür məktubları onlara təqdim olunub.

Daha sonra Cocuq Mərcanlı əhalisinin daha çox məskunlaşdığı Qazaxlar kəndindən olan balacalara “ASAN məktub” yazdırılıb. Balacalar öz istək və arzularını “ASAN məktub” vasitəsilə vətəndaşlara ünvanlayıblar.
Səfərin sonunda “Yaşıl ASAN” təşəbüssünün “Qarabağa Doğru” layihəsi çərçivəsində ərazidə müxtəlif ağaclar əkilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1328