Ayağı büdrədi, yerə yıxıldı - Bıçaq qarnına girdi


20:25     15 Mart 2017 bicaqlayib88.jpg

Saatlıda 49 yaşlı qadın bıçaq xəsarəti alıb.


Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Axundova Füruzə İsrail qızı qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş xəsarəti ilə Şirvan şəhər xəstəxanasına daxil olub və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Qohumlarının dediyinə görə, F.Axundovanın ayağı büdrəyib və yerə yıxılıb. Bu zaman əlində olan bıçaq onun qarın nayihəsinə girərək ağır xəsarət almasına səbəb olub.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 2519