Kim Çen In yeni raket sınaqdan keçirdi


16:30     19 Mart 2017 rakettt%20generel.jpg

Martın 19-da Koreya Dövlət Mərkəzi Teleqraf Agentliyi Şimali Koreya tərəfindən balistik raketlər üçün nəzərdə tutulan yeni mühərrikin uğurlu sınağı barədə məlumat yayıb.



NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, sınaq Şimali Koreyanın şimal-qərbindəki Soxe kosmodromundakı start meydanında aparılıb. Sınağı ölkə lideri Kim Çen In şəxsən izləyib.

Hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan “Nodon Sinmun” qəzeti bu barədə məlumatı və fotonu özünün birinci səhifəsində yerləşdirib.

Ötən ilin aprelində Şimali Koreya həmin start meydanında qitələrarası ballistik raketlər, sentyabrda isə uzaq məsafəli raketlər üçün mühərriklərin sınağını keçirmişdi.

Açar sözlər:

Oxunub: 823