Sərnişinlərin hamısı sağdır - Qəzaya uğrayan təyyarədən yeni xəbər


01:01     21 Mart 2017 c0043e38-7feb-4327-b8d9-6d4c8fdef545.jpg

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğrayıb.


Yenilənib 20:59

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, ekipaj üzvlərinin və xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunublar, hava gəmisinin yanan hissəsi söndürülüb.

Qəza nəticəsində 14 nəfər xəsarət alıb. Təyyarənin “South Supreme Airlines” aviaşirkətinə məxsus olduğu bildirilir. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.


Bu barədə “Airlive” portalı məlumat yayıb.

Təyyarə Vau aeroportunda yerə çırpılıb. Təyyarənin göyərtəsində 44 sərnişin olub.
Frans-Press agentliyinin məlumatına görə, hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobilləri vasitəsilə 14 yaralı xəstəxanalara aparılıb. Onların vəziyyəti stabildir.
Qəza ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 4977