Somalidə 26 nəfər acından ölüb


20:32     21 Mart 2017 somaliii.jpg

Somalinin cənubundakı Cubalend regionu ərazisində bazar və bazar ertəsi günü azı 26 nəfər acından ölüb.


Femida.az "Report"a istinadən bildirir ki,bu barədə "Reuters" məlumat yayıb.
Xəbərdə bildirilir ki, aclıq və quraqlıq son 36 saat ərzində 26 nəfərin ölümünə səbəb olub. "Bizim inəklər ölüb, fermalar dağılıb, çaylar quruyub və heç bir quyu yoxdur" - deyə yerli sakinlərdən biri bildirib.
Agentliyin məlumatına görə, paytaxtı Moqadişonun sakinləri ölkənin şəhərində Cubalendə çörək və su gətirirlər. Amma bu kifayət etmir. Bölgəyə humanitar təşkilatların təcili yardımı lazımdır.

Açar sözlər:

Oxunub: 692