Telman İsmayılovun oğlu da müflis elan edilir


23:32     21 Mart 2017 ece310f68ad99146968525fa65bf9a2b.jpg

Moskva arbitraj məhkəməsində azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsi barədə iddia daxil olub.


Məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.

Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur “Praqa” restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu “şişib”.

Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun “Həqiqət anı” müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını “su qiymətinə” dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır. (Virtualaz.org)

Femida.az

Açar sözlər:

Oxunub: 2452